“Fələstin məsələsində bütün addımları atmağa hazırıq” - Çavuşoğlu

  16 May 2021    Oxunub :1731
 “Fələstin məsələsində bütün addımları atmağa hazırıq” -  Çavuşoğlu
Fələstin məsələsində birliyimizi və qətiyyətimizi göstərməyin vaxtı çatıb.
Azvision.az “TRT haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasında deyib.

O bildirib ki, fələstinlilərin müdafiəsi üçün beynəlxalq mexanizm yaradılmalıdır.

"Beynəlxalq ictimaiyyət fələstinli dinc sakinlərin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, bu məsələdə İƏT-in üzərinə də məsuliyyət düşür. Fələstinlilərin müdafiəsi üçün beynəlxalq mexanizm yaradılmalıdır. İnsanlar bizdən liderlik gözləyir. Türkiyə bütün lazımi addımları atmağa hazırdır", - deyə XİN rəhbəri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MövludÇavuşoğlu