Ermənistanda yeni bahalaşma dalğası

 Ermənistanda yeni bahalaşma dalğası
  16 May 2021    Oxunub:2136
Ermənistanda ərzaq məhsulları yenidən bahalaşıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Mağazalarda araşdırma aparan jurnalistlər qiymət artımının daha çox yağ məhsullarında müşahidə edildiyini bildiriblər.

"Əvvəllər 670 drama satılan duru yağın qiyməti keçən ay təxminən 1100 drama çatmışdı. Bu gün mağazalarda Rusiya istehsalı olan duru yağlar 1330 drama satılır. Anlaya bilmirik ki, iqtisadiyyatda nə baş verdi axı? Neftin qiyməti 40% artdı?",- deyə erməni jurnalistlər qiymət artımından şikayətləniblər.

Xatırladaq ki, mart ayının sonlarında Ermənistanda əhali yumurtanın bahalaşmasından və məhsul qıtlığından narazılıq edirdi. Həmin vaxtı ən çox istehlak edilən məhsullardan sayılan yumurtanın qiyməti beş dəfəyə qədər qalxmışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Ərzaq  





Xəbər lenti