“Erməni məmurlar 44 gündə ancaq yalan danışdılar” - Tevanyan

  “Erməni məmurlar 44 gündə ancaq yalan danışdılar” -  Tevanyan
  16 May 2021    Oxunub:3185
Ermənistanın “Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun rəhbəri Andranik Tevanyan ölkəsinin düşdüyü hazırkı ağır durumun səbəblərini izah edib.
Azvision.az xəbər verir ki, onun fikrincə, Qarabağdakı müharibə təkcə Ermənistan dövlətinin və insanların faciəsi deyil, bu, həm də 44 gün davam edən intensiv yalanlarla bağlı prosesdir:

"O qədər yalan danışdılar ki, bütün rəsmi hesabatlar da əks mənada qəbul edilir. 44 gün içində Nikol Paşinyan-Arayik Arutyunyan-Artsrun Ovanisyan üçlüyü dövlətin qanuniliyini yerlə bir etdilər․ Məmurların sözünə inam yoxdur. Buna görə Müdafiə Nazirliyi və ümumilikdə bütün dövlət qurumları tərəfindən yayılmış mesajlara heç kim inanmır.

İnsanlar məmurlardan hər şeyin qaydasında olduğunu eşidəndə dərhal çaxnaşmaya düşürlər. Çünki “Qələbə qazanacağıq” şüarı altında nələrin baş verdiyini gördük. İndi Müdafiə Nazirliyimiz Sünik (Zəngəzur-red) və Geqarkunikdəki vəziyyətlə bağlı məlumat yayır və yüksək rütbəli məmurlardan biri hər şeyin qaydasında olduğunu göstərmək üçün hansısa gölün yaxınlığında döyüş şəkli yayımlayır. Amma heç bir normal insan bunların dediklərinə və ya etdiklərinə inanmır.

Məşhur bir misal var․ Yalançının evində yanğın başladığı üçün o kömək çağırır. Amma heç kim cavab vermir. Çünki bunun başqa bir "zərbə" olduğunu düşünürlər. Hətta ehtiyac duyulanda desələr ki, belə lazımdır, yenə də onlara inanan yoxdur.

Sovet İttifaqı hakim ideologiyaya və təbliğat maşınına inam itəndə dağıldı. Əlbəttə, başqa bir çox səbəblər də var idi. Amma əsas səbəb SSRİ-nin bir zamanlar sovet vətəndaşlarının şüurunda və qəlbində legitim olmaması idi. Hər gün "Zaman" xəbər verilişini dinlədikdə və orada səslənənlərin əksini görəndə artıq hər şeyin sonu gəldiyini gördük. SSRİ-nin sonu gəldi. Dəhşətli paralellər aparıram. Amma müqayisə etməliyəm".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti