Universitetə hücum: 12 ölü

Telekanalın məlumatına görə, bir neçə mərmi tələbə kafesinə tuş gəlib. APA bildirir ki, yayılmış videoçarxlarda universitetin sınmış pəncərələri, yerdə isə qan gölməçələri əks olunub.
Dövlət KİV-lərinin məlumatına görə, Azad Suriya Ordusundan olan üsyançılar yeni silah-sursat əldə etdikdən sonra Suriya paytaxtında döyüşləri fəallaşdırıb. Hal-hazırda Dəməşqin şimal-şərqində üsyançılarla hökumət qüvvələri arasında qızğın döyüşlər davam edir.