“Koçaryan Paşinyandan qisas almaq istəyir” - Sabiq prezident
Ter-Petrosyan qeyd edib ki, iki keçmiş prezident Serj Sarkisyan və Robert Koçaryana qarşıdakı seçkilərdə birgə iştirakla bağlı müraciətdə bir şərt var idi: keçmiş liderlərdən heç kim baş nazir vəzifəsinə namizəd olmamalıdır.
"Bir tərəfdən bu, Nikol Paşinyanın dirçəlməsinə mane olardı, digər tərəfdən Robert Koçaryanın hakimiyyətə qayıtmasının qarşısını alacaqdı. Belə olan halda baş nazir postunu ciddi təcrübəsi və idarəetmə bacarığı olan, texnokratlardan ibarət böhran hökuməti qurmağı bacaran şəxs tutardı.
Koçaryanın təklifi rədd etməsi onun Paşinyandan intiqam almaq istəməsi deməkdir. Sarkisyana gəlincə, o, hakimiyyətə qayıtmaq istəmir, lakin partiyanın nümayəndələrini parlamentə gətirməyə çalışır".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: LevonTer-Petrosyan