Fələstinə dəstək aksiyasında qarşıdurma: 93 polis yaralandı

Fələstinə dəstək aksiyasında qarşıdurma:    93 polis yaralandı
  17 May 2021    Oxunub:2630
Ötən gün Almaniyanın paytaxtı Berlində keçirilən etiraz aksiyalarında 93 polis əməkdaşı xəsarət alıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Bildirilib ki, mayın 15-də Berlində Fələstinə dəstək məqsədilə dörd aksiya təşkil olunub. Aksiyalardan birində polislə nümayişçilər arasında qarşıdurma baş verib.

Etirazçılar əraziyə cəlb olunan polislərə daş, butulka və pirotexniki vasitələr atıblar. İnsident nəticəsində 93 polis yaralanıb. Aksiya zamanı azı 59 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Almaniya   Berlin   Aksiya  





Xəbər lenti