ABŞ-ın baş konsulu Yekaterinburqu tərk edib

 ABŞ-ın baş konsulu Yekaterinburqu tərk edib
  17 May 2021    Oxunub:1730
ABŞ-ın Yekaterinburqdakı baş konsulu Emi Storrou Uralı tərk edib.
Azvision.az xəbər verir ki, bu barədə baş konsul “Facebook” səhifəsində yazıb.

Bundan əvvəl, ABŞ Dövlət Departamenti Yekaterinburqdakı Baş Konsulluğun hazırda viza vermədiyini və Amerika vətəndaşlarına xidmət etmədiyini açıqlamışdı.

"ABŞ-ın Yekaterinburqdakı Baş Konsulluğu 27 il ərzində Ural və Qərbi Sibiri ABŞ-la birləşdirib, Amerika vətəndaşları üçün viza və digər müvafiq xidmətlər göstərib, ingilis dilini tədris edib, sahibkarlar üçün seminarlar və mübadilə proqramları həyata keçirib”, - onun müraciətində deyilir.

Emi Storrou pandemiya səbəbindən fərqli insanlarla, bölgə ilə geniş tanış olmaq fürsətinin olmadığını, fəaliyyət göstərdiyi müddətdə Çelyabinsk, Novosibirsk, Krasnoyarsk, Verxniy Salda və Nijnı Tagilin sakinləri ilə görüşlərdən məmnun qaldığını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti