Ruslar Ukrayna gəmisini batırdılar - VİDEO

Ruslar Ukrayna gəmisini batırdılar - VİDEO
  06 Mart 2014    Oxunub:965
Rus ordusu Ukrayna Hərbi Dəniz Qüvvələrinin dənizə girişinin qarşısını alıblar.
AzVision.az-ın Ukrayna mətbuatına istinadla verdiyi xəbərə görə, Rusiya hərbçiləri Krımda Donuzlav gölünə "Oçakov" qayıq əleyhinə gəmini batırıblar. Əməliyyat yerli vaxtla təxminən saat 23: 30-da Rusiya hərbi-dəniz qüvvələrinin Qara dəniz flotu tərəfindən həyata keçirilib. Əməliyyatlarda “Moskva “ raket kreyserlərindən də istifadə olunub.

Bununla da onlar Ukrayna Hərbi Dəniz Qüvvələrinin dənizə girişinin qarşısını alıblar. Gəminin batma dərinliyi 9-11 metrdir. Onun yuxarı hissəsini görmək mümkündür. Baş verənlər səbəbindən Donuzlav gölünə gəmi və qayıqların giriş- çıxışı tamamilə bağlanıb. Ukrayna tərəfi gəmini sudan çıxarmaq üçün xeyli vaxt və maliyyə vəsaiti tələb olunduğunu bildirib.



S. Həsənova


Teqlər:





Xəbər lenti