Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşəcək

 Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşəcək
  17 May 2021    Oxunub:1887
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin müavini, səfir Mirça Coane (Mircea Geoană) ilə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytı məlumat yayıb.

Qeyd edilib ki, görüş bu gün Brüsseldə NATO-nun mənzil-qərargahında keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: HikmətHacıyev   NATO  





Xəbər lenti