Ermənilər Gümrü-İrəvan yolunu bağladılar - VİDEO

  17 May 2021    Oxunub :2050
 Ermənilər Gümrü-İrəvan yolunu bağladılar -  VİDEO
Ermənistanın Araqatsotn bölgəsindəki Arteni kəndinin sakinləri Gümrü-İrəvan yolunu hər iki tərəfdən bağlayıblar.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilib ki, suyun kəsilməsi və kəndlilərin 60%-nin torpaqlarını suvara bilməməsi etirazlara səbəb olub.
Kənd rəhbərliyi sakinlərə kömək edə bilməyəcəyini deyib. Çünki problem servis şirkətindən asılıdır. Kəndlilər problemi həll etmək üçün şirkət nümayəndələri ilə əlaqə qura bilmirlər. Nəticədə onlar çıxış yolunu etiraz aksiyası keçirməkdə görüblər.



Azvision.az

Teqlər: Gümrü-İrəvan