Bakının mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb
Agentlik sədri bildirib ki, işlərin əsas məqsədi piyadalaşmanın təmin edilməsidir: "Hədəfimiz şəxsi nəqliyyat vasitələrindən maksimum az istifadə edilməsini təşviq etməkdir. Yol infrastrukturunda layihələndirmə işləri bunun bir hissəsidir. Şəhərin mobilliyinin inkişafı, piyada zonalarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması bizim əsas strateji məqsədimizdir. Bu istiqamətdə 2030-cu ilə qədər Bakının mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb”.
Aytən Zəhra
Azvision.az