Ermənistanın “silah baronu” həbsdən azad edildi

  17 May 2021    Oxunub :1316
 Ermənistanın “silah baronu” həbsdən azad edildi
Ermənistan ordusunu silahla təchiz edən “Parton Davo” ləqəbli David Qalstyan Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə onun vəkili Armen Arutyunyan bildirib.

“Birinci instansiya məhkəməsinin Qalstyanın həbs müddətinin iki ay uzadılması barədə qərarından Apellyasiya Məhkəməsinə müraciət etdik. Apellyasiya Məhkəməsinin hakimi Sergey Marabyan bu gün vəsatətimizi təmin etdi. O, azaddır ", - vəkil bildirib.

Qeyd edək ki, iş adamı Müdafiə Nazirliyinə köhnə və istifadəyə yararsız top mərmiləri verməkdə günahlandırılır. Hüquq-mühafizə orqanı fevralın 1-də onu saxlayıb. Məlumata görə, “Patron Davo”nun şirkəti Nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal edilən eyni təyinatlı hərbi texnika satıb.

“Silah baronu” sayılan D.Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub. Bir müddət əvvəl MTX D.Qalstyan barəsində cinayət işinin başladığına dair məlumat yaymışdı.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: PartonDavo