Ərdoğan Roma Papası ilə İsrail-Fələstin qarşıdurmasını müzakirə etdi
Ərdoğan Fələstində günahsız insanların qətlə yetirildiyini, İsrailin hücumlarının hədəfinin yalnız fələstinlilər deyil, bütün müsəlmanlar, xristianlar və bəşəriyyət olduğunu bildirib.
Əl-Əksa məscidinə, müqəddəs Kabir kilsəsinə girişi əngəlləyən, ibadət azadlığını məhdudlaşdıran və mülki insanları öldürən İsrailin insan ləyaqətini pozduğunu vurğulayan Ərdoğan baş verənlərə görə Tel-Əvivin məsuliyyət daşıdığını, bunun eyni zamanda regional təhlükəsizliyi təhdid etdiyini vurğulayıb.
O, İsrailin belə əməllərə qısa müddətdə son qoyulmalı olduğunu deyib, bəşəriyyəti bu məsələdə birləşməyə çağırıb.
BMT Təhlükəsizlik Şurasının mövzu ilə bağlı məsuliyyət hissini göstərə bilmədiyini deyən Türkiyə lideri, Papanın reaksiyasının əhəmiyyətli olduğunu söyləyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: RəcəbTayyibƏrdoğan