Ukraynanın baş naziri: `Rusiya ilə problemimiz yoxdur`

Ukraynanın baş naziri: `Rusiya ilə problemimiz yoxdur`
  06 Mart 2014    Oxunub:835
Arseniy Yatsenyuk: “ Biz Aİ və Rusiya ilə yaranmış böhrandan çıxış yolları axtarmağa hazırıq”
Arseniy Yatsenyuk ilk dəfə olaraq Ukraynanın baş naziri qismində Brüsselə beynəlxalq səviyyəli səfər edib. Avropa Parlamentinin deputatları və rəhbəri Martin Şultsla görşünndən sonra Ukraynanın yeni hökumətinin başçısı mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran A. Yatsenyuk bildirib:

“ Baş verənlər Ukrayna-Rusiya böhranı deyil. Bu münaqişə Avropada baş verir. Mütləq bu problemlə məşğul olmaq lazımdır. Məsələnin həllini Avropa ittifaqı, Rusiya və təbii ki, Ukraynanın iştirakı ilə kontakt qrupu çərçivəsində araşdırmağa hazırıq.

Qeyd edək ki, Arseniy Yatsenyuk Aİ –nin Ukraynadakı vəziyyətlə bağlı növbədənkənar sammitinin iştirakçıları və çox güman ki, NATO rəhbərləri ilə görüşü planlaşdırılıb.

S. Həsənova


Teqlər:  





Xəbər lenti