Paşinyan Putindən hərbi yardım istəyib? - Peskovdan açıqlama

 Paşinyan Putindən hərbi yardım istəyib? -  Peskovdan açıqlama
  17 May 2021    Oxunub:2712
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə başçısı Vladimir Putinin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyandan hərbi yardımla bağlı məktub alıb-almadığı barədə sualına cavab verməkdə çətinlik çəkdiyini deyib.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

“Dəqiq deyə bilmərəm, amma bütün bu məsələlər ikitərəfli təmaslar zamanı təbii olaraq dəfələrlə müzakirə olunub", - deyə Peskov vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DmitriPeskov  





Xəbər lenti