ABŞ İsrailə 735 milyon dollarlıq silah satacaq

  17 May 2021    Oxunub :1481
 ABŞ İsrailə 735 milyon dollarlıq silah satacaq
ABŞ Prezidenti Co Bayden adminstrasiyası Yaxın Şərqdə artan qarşıdurma fonunda, İsrailə 735 milyon dollar məbləğində silah satışını təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri yüksək səviyyəli rəsmiyə istinadla yazıb.

"Bayden adminstrasiyası İsrail üçün 735 milyon dollarlıq yüksək dəqiqlikli silah satışını təsdiqləyib", - mənbə bildirib. Əlavə edilib ki, ABŞ Konqresi razılaşma barədə 5 may tarixində məlumatlandırılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: