Ermənistanda 4 ayın əsgəri intihar edib
Bildirilib ki, 4 ayın əsgəri hərbi hissəni qanunsuz tərk edərək evə gəlib və qarajda özünü asıb: "Bu günlərdə Ararat bölgəsinin Surenavan ərazisində faciəli hadisə baş verib. 19 yaşlı gənc intihar edib. Bələdiyyə başçısı Karo Karapetyan intihar edən şəxsin 4 aydır ki, hərbi xidmətdə olduğunu, Çambarakda qulluq etdiyini deyib. O, könüllü olaraq hərbi hissəni tərk edib və evə qayıdıb. Sonradan özünü qarajda asaraq intihar edib".
Gənc əsgərin hansı səbəbdən intihar etdiyi dəqiq məlum deyil.
Bununla yanaşı, kənd sakinləri ehtimal edirlər ki, erməni əsgər xidmət etdiyi hərbi hissədə problemlərlə üzləşib və bu səbəbdən canına qəsd edib. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma gedir.
Tural Tağıyev
Azvision.az
Teqlər: Əsgər İntihar Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


