Dünya İqtisadi Forumunun iclası təxirə salındı

Dünya İqtisadi Forumunun iclası təxirə salındı
  18 May 2021    Oxunub:2241
İyunda Sinqapurda keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yer alıb.

Məlumatda bildirilib: “Təəssüf ki, fərqli bölgələrdə baş verən faciəli hallar, qeyri-müəyyən səyahət perspektivləri, fərqli peyvəndolma səviyyəsi dünyanın hər yerindən gələn iş adamları, hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə qlobal bir görüşün keçirilməsini mümkünsüz edir”.

Həmçinin qeyd olunub ki, iclasın 2022-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılır. Məkan və tarix bu ilin sonunda müəyyənləşəcək.

Azvision.az


Teqlər: DünyaİqtisadiForumu  



Xəbər lenti