Rusiya sərhəddəki vəziyyəti diqqətlə izləyir

Rusiya sərhəddəki vəziyyəti diqqətlə izləyir
  18 May 2021    Oxunub:2324
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, Moskva hərbi və sərhəd xidmətləri xətti ilə operativ təmasları dəstəkləyir:

"Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında sərhədyanı insidentlə bağlı yaranmış vəziyyəti diqqətlə izləyir. Rusiya gərginliyi azaltmaq üçün Bakı və İrəvanla ən yüksək və ali səviyyədə davamlı təmas saxlayır”.

Bəyanatda, həmçinin qeyd olunub ki, Rusiya atəşkəs rejiminə əməl olunmasının, eləcə də 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatın müddəalarını icra etməyin zəruriliyini təsdiqləyir:

"İnsidentlər danışıqlar yolu ilə həll edilməlidir. Uzunmüddətli həlli yolunu Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasında görürük".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN  





Xəbər lenti