“Çernomor”u canlandıran məşhur aktyor vəfat edib

 “Çernomor”u canlandıran məşhur aktyor vəfat edib
  19 May 2021    Oxunub:1711
Rusiyanın tanınmış aktyoru Vladimir Fyodorov 83 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə mərhum aktyorun tanışı İvan Şablov bildirib. Onun ölüm səbəbi açıqlanmayıb.

“Qısa boylu böyük adam. Sənətçi, nüvə fiziki, vətəndaş və insan! Onun qızıl əlləri və parlaq düşüncəsi olub”, - deyə Şablov sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Fyodorov 40-dan çox filmdə rol alıb. O, daha çox "Ruslan və Lyudmila" filmindəki “Çernomor” obrazı ilə məşhurlaşıb. Bundan əlavə, “Turançoks” obrazı ona böyük uğur gətirib.

Fyodorov, həmçinin "On iki stul" və "Kin-dza-dza!" filmlərində də çəkilib.

Azvision.az


Teqlər: VladimirFyodorov  



Xəbər lenti