Ukraynanın səhiyyə naziri istefaya göndərildi

Ukraynanın səhiyyə naziri istefaya göndərildi
  19 May 2021    Oxunub:1142
Ukrayna Ali Radası ölkənin səhiyyə naziri Maksim Stepanovu vəzifədən kənarlaşdırıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 291 deputatın səsverməsi nəticəsində nazirin işdən çıxarılmasına qərar verilib.

Qeyd edək ki, müxalifət təmsilçiləri Stepanovu koronavirus pandemiyası dövründə və COVID-19 əleyhinə vaksinasiya prosesi zamanı effektiv fəaliyyət göstərə bilmədiyi üçün istefaya çağırırdı.

Maksim Stepanov 2020-ci ilin 30 mart tarixində səhiyyə naziri təyin edilmişdi.

Azvision.az


Teqlər: MaksimStepanov   Ukrayna  





Xəbər lenti