Samirənin yarımfinaldakı çıxışı - VİDEO (YENİLƏNİB)
Azvision.az xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən Samirə Əfəndi “Mata Hari” mahnısı ilə səhnəyə 14-cü sırada çıxıb.
Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.
Bu gün Azərbaycanla yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta təmsilçiləri də çıxış edirblər.
Xatırladaq ki, Niderland krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqədə 39 ölkə təmsil olunur. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması mayın 22-də baş tutacaq.
Azvision.az
Teqlər: Avraviziya