Azərbaycan “Avroviziya”nın finalında - VİDEO

  Azərbaycan “Avroviziya”nın finalında -  VİDEO
  19 May 2021    Oxunub:5125
Xəbər verdiyimiz kimi, mayın 18-də Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib.
Azvision.az -ın məlumatına görə, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü sırada çıxıb. O, “Mata Hari” mahnısını ifa edib.



Çıxışlardan sonra səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi Samirə Əfəndi "Avroviziya"nın final mərhələsinə yüksəlib.

Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçısı çıxış edəcək.

Qeyd edək ki, onun təqdim etdiyi bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.

Xatırladaq ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması isə mayın 22-də baş tutacaq.

Azvision.az


Teqlər: Avraviziya  





Xəbər lenti