Bir gündə 11 mindən çox insan virusdan öldü

 Bir gündə 11 mindən çox insan virusdan öldü
  19 May 2021    Oxunub:1145
Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı son sutkada 515 mindən çox artıb.
Azvision.az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir ki, ötən sutka ərzində 515 min 104 nəfər koronavirusa yoluxub, 11 min 104 pasiyent dünyasını dəyişib.

Virusa yoluxanların ümumi sayı 163 milyon 312 min 429, ölənlər isə 3 milyon 386 min 825 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (33,7 milyon), Hindistan (25,4 milyon), Braziliya (15,7 milyon), Fransa (5,8 milyon), Türkiyə (5,1 milyon) və Rusiyada (4,9 milyon) qeydə alınıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azvision.az


Teqlər: ÜST   Koronavirus   Pandemiya  





Xəbər lenti