Almaniyada COVİD-dən ölənlərin sayı 87 minə çatır

Almaniyada COVİD-dən ölənlərin sayı 87 minə çatır
  19 May 2021    Oxunub:1220
Almaniyada son sutka ərzində 11 040 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Bildirilib ki, son 24 saatda daha 284 nəfər virusun qurbanı olub.

Epidemiyanın başlanmasından bu günədək Almaniyada 3 614 095 nəfər koronavirusa yoluxub, 86 665 xəstə ölüb. Ümumilikdə isə təxminən 3,2 milyondan çox insan COVID-19-dan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti