Dünyada koronavirusla bağlı son vəziyyət

 Dünyada koronavirusla bağlı son vəziyyət
  19 May 2021    Oxunub:957
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 164 milyon 904 min 78 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 418 min 762 nəfərdir. İndiyədək 143 milyon 867 min infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 774 945 nəfər virusa yoluxub, 601 330 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 25 496 330 nəfərdə virus aşkar edilib. Xəstələrdən 283 276 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 15 735 485 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 439 379 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 898 347 yoluxma, 108 040 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 139 485 nəfər virusa yoluxub ki, onlardan 45 186-ı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti