Hindistanda COVİD fəlakəti səngimir

Hindistanda COVİD fəlakəti səngimir
  19 May 2021    Oxunub:935
Hindistanda son sutka ərzində koronavirusa 267 344 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir gündə 4529 xəstə ölüb. Hindistanda indiyədək 25,4 milyondan çox yoluxma qeydə alınıb, 22 milyondan çox insan sağalıb.

Hindistan COVID-19 xəstələrinin sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Hindistan  





Xəbər lenti