ABŞ İsraili Qəzzaya hücumları dayandırmağa çağırıb
Qeyd edilib ki, ABŞ-ın "pərdəarxası" müdaxiləsi münaqişənin inkişafına mane olub.
Məlumata görə, Ağ Ev səlahiyyətliləri İsrailin Baş naziri Binyamin Netanyahunu Qəzza zolağındakı hərbi əməliyyatları şiddətləndirməməyə çağırıblar. Bundan sonra İsrail lideri döyüş əməliyyatlarının bitməsinə bir neçə gün qaldığını söyləyib.
ABŞ, həmçinin Fələstin hərəkatı “HƏMAS” da daxil olmaqla münaqişə tərəfləri ilə Misir arasında danışıqlara töhfə verib. Nəşrin yazdığına əsasən, “HƏMAS” mövcud vəziyyətdən çıxış yolu axtarır. Münaqişənin bitməsi humanitar yardımın çatdırılması ilə bağlı atəşin qarşılıqlı dayandırılmasından başlayaraq mərhələlərlə ola bilər.
Xatırladaq ki, İsrail-Fələstin münaqişəsi may ayının əvvəllərində alovlanmağa başlayıb. Hər iki tərəfdən itkilər və dağıntılar var.
Pərvanə Sultanova
Azvision.az