“KTMT bizi niyə qorumalıdır?”- Koçaryan Paşinyandan soruşur
O, həmçinin Ermənistanın indiki rəhbərliyinə səslənərək deyib:
“Siz bütün dünyaya qışqırırsınız, Qazaxıstan, Qırğızıstan gəlib Azərbaycanı geri qaytarsın deyirsiniz. Niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hər kəs Ermənistanla müqayisədə KTMT-nin üzvü olmayan Azərbaycanla daha yaxşı münasibət qurur? Bu sadə suala cavab verməyə dəyərmi, ya yox? Niyə Belarusiya, Qazaxıstan və digər ölkələrin Azərbaycanla münasibətləri yaxşı olmalıdır? İndi siz onlara müraciət edirsiniz. Nə üçün onlar sizi qorumalıdırlar?”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


