Livanın XİN rəhbəri istefa verib

Livanın XİN rəhbəri istefa verib
  19 May 2021    Oxunub:1328
Livanın xarici işlər naziri vəzifəsini icra edən Şarbel Vahbe istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə Livan mətbuatı prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, nazir televizya müsahibələrindən biri ilə bağlı yaranmış qalmaqalın ardından istefa verib. Artıq o, ölkə prezidenti Mişel Auna müvafiq ərizə təqdim edib.

Bundan əvvəl, Şarbel “Al-Hurra” TV-yə müsahibəsində bəzi Körfəz ölkələrinin terror təşkilatlarını, xüsusən də “İŞİD”i dəstəkləməsinə dair eyham vurub. Onun açıqlaması ilə əlaqədar olaraq yerli mediada və sosial şəbəkələrdə çox sayda açıqlamalar dərc edilib.

Xatırladaq ki, nazirin söylədikləri ilə bağlı Səudiyyə Ərəbistanı, BƏƏ və Körfəz Dövlətləri Əməkdaşlıq Şurası rəsmi etirazlarını dilə gətirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Livan  



Xəbər lenti