Rusiyalı ekspert: “Paşinyan sərhəd məsələsini siyasiləşdirir”
Paşinyanın sərhəd məsələlərini siyasiləşdirdiyini söyləyən Korotçenko qeyd edib ki, o, bir tərəfdən Ermənistan sərhədlərini qoruduğunu nümayiş etdirmək istəyir, digər tərəfdən isə ona fəal şəkildə hücum edən siyasi rəqiblərinin əlindəki "kozırları" dağıdır.
Korotçenko xatırladıb ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Qarabağla bağlı üçtərəfli bəyanatda nəzərdə tutulan vacib məsələlərdən biri sərhədlərin müəyyənləşdirilməsidir. Onun sözlərinə görə, hazırda əvvəlki sərhədlərə qayıtmaq, demarkasiya işlərində keçmiş SSRİ Silahlı Qüvvələri Baş Qərargahının topoqrafik xəritələri əsas götürülür. Hansılar ki, onların üzərində açıq şəkildə Azərbaycan SSR ilə Ermənistan SSR arasında olan inzibati sərhəd xətti qeyd olunub.
"Proses ətrafında yaranan səs-küyə gəlincə, bu, işin həddindən artıq siyasiləşməsidir", -deyə rusiyalı ekspert vurğulayıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Korotçenko Paşinyan Sərhəd







Vaxtında, Aydın, Lazımlı!


