Obamadan Putinə kritik zəng

Obamadan Putinə kritik zəng
  07 Mart 2014    Oxunub:1247
ABŞ prezidenti Barak Obama ötən gecə rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir saata yaxın davam edən müzakirə zamanı Ukraynadakı vəziyyətlə bağlı heç bir razılıq əldə olunmayıb.

“Müzakirələr zamanı tərəflər baş verən böhranın səbəbi və hazırkı gedişatla bağlı öz fikirlərini əsaslandırıblar. Prezident Putin bildirib ki, hazırkı Kiyev hökuməti qeyri-qanuni olduğundan o, bütün Ukrayna xalqını təmsil etmir və buna görə də həmin hökumətlə görüşməyəcək. Eyni zamanda Ukraynanın şərq və cənub bölgəsindəki rusların yardım çağırışını cavabsız qoymayacağını qeyd edib”.

V.Putin Rusiyanın Ukraynaya münasibəti beynəlxalq hüquq normaları çərçivəsində olduğunu Obamaya bildirib. O həmçinin vurğulayıb ki, dünyada təhlükəliliyin və sabitliyin qorunması naminə iki tərəf arasındakı münasibətlər fəda edilməməlidir.

Prezidentlərin telefon danışığı ilə bağlı Ağ ev də açıqlama yayıb. Açıqlamada deyilir:

“Hazırda bəlkə də dünyanın gələcəyini müəyyən edəcək Ukrayna böhranından çıxış yolu rəsmi Moskva ilə Kiyev hökumətinin görüşlərə başlamağından keçir. Rusiya Krıma göndərdiyi hərbi birlikləri geri çəkməlidir. Ukraynanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti