Nazirlər Qarabağı və Fələstini müzakirə etdilər - YENİLƏNİB

 Nazirlər Qarabağı və Fələstini müzakirə etdilər -  YENİLƏNİB
  19 May 2021    Oxunub:1170
19 may 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Azvision.az xəbər verir ki, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə etdilər.

Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi apardılar.

Azvision.az

***
13:14


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Telefon danışığı zamanı Qoşulmama Hərəkatının sədri olan Azərbaycanla Fələstindəki hadisələr müzakirə edilib. Nazirlər, həmçinin Qarabağdakı son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CeyhunBayramov   Çavuşoğlu  



Xəbər lenti