ABŞ-dan xəbərdarlıq: Ermənistana getməyin!

 ABŞ-dan xəbərdarlıq:  Ermənistana getməyin!
  19 May 2021    Oxunub:666
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını koronavirusa yoluxma hallarının artmasına görə Ermənistana səfərdən çəkinməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Dövlət Departamenti koronavirusa görə Ermənistana dördüncü təhlükə səviyyəsi təyin edib. Qurum, həmçinin vətəndaşlarını Qarabağa səyahət etməkdən çəkinməyə, eləcə də Azərbaycanla sərhəd yaxınlığındakı yollarda diqqətli olmağa çağırıb.

"ABŞ hökuməti məhdud giriş səbəbindən Dağlıq Qarabağ və ətrafındakı ərazilərdə Amerika vətəndaşlarına təcili xidmətlər göstərə bilmir. Hökumət Ermənistan-Azərbaycan sərhədindəki magistral yollarda ehtiyatlı olmağı tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Ermənistan  





Xəbər lenti