Qəzzada ölən fələstinlilərin sayı 219-a çatdı

Qəzzada ölən fələstinlilərin sayı 219-a çatdı
  19 May 2021    Oxunub:501
İsrailin Qəzza zolağına etdiyi hava hücumlarında ölən fələstinlilərin sayı 219-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə bölgənin səhiyyə işçiləri məlumat verib.

"Münaqişənin eskalasiyasından bəri İsrailin Qəzza zolağına endirdiyi hava hücumlarında ölən fələstinlilərin ümumi sayı 63-ü uşaq və 36-sı qadın olmaqla 219 nəfərdir, 1530 nəfər yaralanıb”, - məlumatda deyilir.

Qəzza zolağında vəziyyət 10 may tarixindən kəskinləşib. Eskalasiyanın başlanğıcından bəri Qəzzadan İsrail ərazisinə 3750 raket atılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fələstin   İsrail   Qəzza  





Xəbər lenti