İran generallarının Ermənistana müəmmalı səfəri

 İran generallarının Ermənistana müəmmalı səfəri
  19 May 2021    Oxunub:920
İranın yüksək rütbəli hərbçiləri Ermənistana gediblər.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, İran generalları İrəvana qeyri-rəsmi səfər ediblər.

"Zvartnots" hava limanındakı mənbələrin verdiyi məlumata görə, İrandan Ermənistana yüksək rütbəli hərbi heyət gəlib. Şahidlər deyirlər ki, hava limanına enən xüsusi təyyarə Tehrandan gəlib və heyət üzvləri arasında generallar da olub.

İran generallarının Ermənistana səfərinin məqsədi bəlli deyil. Onların İrəvanda kimlərlə görüşlər keçirməsi barədə hər hansı açıqlama verilməyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: General   Ermənistan  



Xəbər lenti