Kanada rus hərbiçiləri ölkədən qovur

Kanada rus hərbiçiləri ölkədən qovur
  07 Mart 2014    Oxunub:1358
Artıq 9 hərbiçiyə Kanadanı tərk etmək əmri verilib.
AzVision.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, ölkəni tərk etmələri üçün rus hərbiçilərə 24 saat vaxt verilib. Buna səbəb kimi Rusiyanın Ukrayna və Krımla bağlı yürütdüyü siyasəti göstərilir.

Hərbiçilərdən səkkizi Kanada ali hərbi məktəblərində təhsil alanlar, biri isə yerli hərbiçilərə dərs keçən rus dili müəllimi olub.

Xatırladaq ki, bir müddət əvvəl Kanadanın baş naziri Stiven Harper Rusiya ilə bütün hərbi əlaqələrin dayandırıldığını bəyan edib. Bununla yanaşı Kanadada Ukraynada korrupsiyada şübhəli bilinən 18 nəfərin eləcə də Viktor Yanukoviç və keçmiş baş nazir Nikolay Azarovun bank hesabları dondurulub.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti