“Azərbaycanla güclü əlaqələrimiz mövcuddur” - Britaniyalı nazir

   “Azərbaycanla güclü əlaqələrimiz mövcuddur” -    Britaniyalı nazir
  20 May 2021    Oxunub:861
"Britaniya və Azərbaycan arasında güclü əlaqələr mövcuddur".
Azvision.az xəbər verir ki, bunu Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart Azərbaycana səfərindən öncə deyib.

Onun sözlərinə görə, uzun illərdir Birləşmiş Krallıq ilə Azərbaycan ticarət və enerji sahəsində əməkdaşlıq edir: “Xalqlarımız arasında güclü əlaqələr mövcuddur, hazırda ölkəmizin müstəqil ticarət tərəfdaşı olması bizi daha güclü edəcək”.

“Prezident İlham Əliyevlə görüşməyi və Azərbaycanın bərpa olunan enerjiyə keçid prosesinə göstərdiyimiz dəstək üçün qeyri-neft və qaz sahələrindəki əlaqələrimizi gücləndirməyə kömək edəcək Birləşmiş Krallıq hökuməti və Azərbaycan Respublikasının hökuməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyasının iclasında iştirak etməyi səbirsizliklə gözləyirəm”,- deyə nazir vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stuart Azərbaycana üçgünlük səfərə gəlir.

Azvision.az


Teqlər: Britaniya  



Xəbər lenti