Venesueladakı aksiyalarda 20 nəfər həlak olub
Rəsmi mənbələr həlak olanların sayının 20 nəfərə çatdığını xəbər verir. Həlak olanlar arasında Venesuela Milli Qvardiyasının hərbi qulluqçusunun da olduğu bildirilir. Onun odlu siladan açılan atəşlə qətlə yetirildiyi müəyyən olunub.
Ölkədəki qeyri-sabitliyə görə, ABŞ-ı ittiham edən Venesuela prezidenti Nikolas Maduro bu ölümlərin cəzası qalmayacağını bildirib.
Xatırladaq ki, inflyasiyanın yüksək həddə çatdığı Venesuelada zəruri ərzaq məhsullarının qıtlığı yaranıb. Son dövrlər ölkədə cinayətkarlığın səviyyəsində də kəskin sıçrayış müşahidə olunur.
Vüqar İsmayılov
Teqlər: