Sarkisyan “Şərəfim var” blokunu ələ keçirib
Məlumata görə, xüsusən, sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublika və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsiyanın "Vətən" partiyası tərəfindən yaradılan "Şərəfim var" blokunda narazılıq özünü göstərir.
Belə ki, “Vətən”in bəzi üzvləri siyahının ilk iyirmiliyində olmadıqlarını biləndə təəccübləniblər. Siyahının birinci hissəsi üçüncü prezident Serj Sarkisyan və Nəzarət Xidmətinin keçmiş rəhbəri İşxan Zakaryan tərəfindən hazırlanıb.
Qəzet yazır ki, Sarkisyan əvvəlcə seçki siyahısında özünün olmayacağını söyləsə də, bütün proses problemsiz şəkildə onun əlinə keçib. Birincisi, ilk onluğa Vanetsyanın və Sarkisyanın partiyalarının hər birindən beş nəfərin daxil olacağına qərar verilib. Daha sonra Sarkisyan RP-nın gənclər qanadının təmsilçisinin (qanuna görə siyahıdakı hər üçüncü namizəd qadın olmalıdır) ilk "qadın" cərgəsində olmasını istəyib. "Vətən”in qadın namizədi az olduğu üçün siyahıda "yad qadınlar” peyda olub.
İşxan Zakaryan siyahıda beşincidir, "Çiçəklənən Ermənistan"ın keçmiş deputatı Martun Qriqoryanın ilk onluqda olduğu qeyd edilir.
“Vətən”in siyasi komandası üçüncü onluqdadır. Məlum olur ki, blokdan 10-15 nəfər parlamentə keçsə, komandaya Artur Vanetsyan rəhbərlik edəcək. Komanda Vanetsyanın partiyası ilə heç bir əlaqəsi olmayan respublikaçılardan ibarət olacaq.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Seçki







Vaxtında, Aydın, Lazımlı!


