Ukrayna Krım Parlamentini məhkəməyə verdi

Ukrayna Krım Parlamentini məhkəməyə verdi
  07 Mart 2014    Oxunub:943
“Krımda referendum keçirilməsi qərarı Ukraynanın ərazi bütövlüyünə “qəsd”dir”
Ukrayna Baş Prokurorluğu Krım Ali Şurasının referendum keçirilməsi ilə bağlı qəbul etdiyi qətnamənin qanunsuz hesab edilməsi üçün iddia açıb.

“ Verdiyi qərarla Krım Ali Şurası qanunvericiliyi pozub. Krımda referendum keçirilməsi qərarı Ukraynanın ərazi bütövlüyünə ziddir”-deyə Ukrayna Baş Prokurorliğu iddia edir.

Xatırladaq ki, Krım Parlamenti və Sevastopol Şəhər Şurası Rusiyaya birləşmək haqqında birgə qərar qəbul ediblər. Krımın statusu ilə bağlı martın 30-da nəzərdə tutulmuş referendum martın 16-a keçirilib. Sevastopol da referendumda iştirak etməyi planlaşdırır.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti