Koronavirusa görə bu ölkəyə giriş qadağan edildi

Koronavirusa görə bu ölkəyə giriş qadağan edildi
  20 May 2021    Oxunub:649
Şri-Lanka koronavirusla əlaqəli vəziyyətə görə xaricdən ölkəyə sərnişinlərin girişini 10 gün müddətinə dayandırır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

"Şri-Lankadakı bütün beynəlxalq hava limanları 21 may 2021-ci il saat 23.59-dan 31 may saat 23.59-a qədər sərnişinlərin enməsinə icazə verməyəcək”, - açıqlamada vurğulanıb.

Bununla belə, tranzit sərnişinlərin uçuşlarına hava limanlarına çatdıqdan 12 saatdan gec olmayaraq yola düşdükləri təqdirdə icazə veriləcək. Beynəlxalq uçuşlar, həmçinin yük və humanitar uçuşlara da şərait yaradılacaq.

Hazırda Şri-Lanka pandemiyanın üçüncü dalğasını yaşayır. Yeni ştamma yalnız may ayında 50 mindən çox insan yoluxub. Bir gün əvvəl adada rekord dərəcədə - 3591 yoluxma halı aşkar edilib. Virusa yoluxanların ümumi sayı 144 425 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şri-Lanka  



Xəbər lenti