Zöhrabyan istefa verdi, seçkiyə qatılmayacaq

 Zöhrabyan istefa verdi, seçkiyə qatılmayacaq
  20 May 2021    Oxunub:915
“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan partiyanın baş katibi vəzifəsindən istefa verib.
Azvision.az -ın məlumatına görə, bu barədə o, “Facebook” hesabında yazıb.

Zöhrabyan əlavə edib ki, partiyanın proporsional siyahısında parlament seçkilərinə qatılmayacaq:

"Mənim yekun qərardan əvvəl dostlarım və yaxınlarımla müzakirə ediləcək bir neçə təklifim var”, - deyən Zöhrabyan partiyadan ayrılma məsələsini hələlik şərh etməyəcəyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NairaZöhrabyan  



Xəbər lenti