Rusiyada virusdan ölənlərin sayı 117 mini ötdü

Rusiyada virusdan ölənlərin sayı 117 mini ötdü
  20 May 2021    Oxunub:822
Rusiyada son sutka ərzində koronavirusa 9232 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 974 908 nəfərə çatıb.

Rusiyada son bir gündə 396 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 117 361 nəfərdir. İndiyədək 4 591 770 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti