Rusiyanın 7 şəhərindən Bakıya uçuşlara başlanılır

Rusiyanın 7 şəhərindən Bakıya uçuşlara başlanılır
  20 May 2021    Oxunub:759
Rusiyanın “Ural Hava Yolları” şirkəti ölkənin 7 şəhərindən Bakıya birbaşa uçuşlara başlayır.
Azvision.az xəbər verir ki, Azərbaycana birbaşa uçuşlar 29 maydan Krasnoyarsk, Omsk, Novosibirsk və Nijni Novqoroddan, 31 maydan Perm və Mineralnıye Vodıdan, 4 iyundan etibarən isə Samaradan həyata keçiriləcək.

Hazırda “Ural Hava Yolları” yalnız Yekaterinburqdan Bakıya hər həftənin cümə axşamı uçuşlar edir.

Azvision.az


Teqlər: Rusiya   Aviaeys  



Xəbər lenti