“Bakı və İrəvan müraciət edərsə, köməyə hazırıq” - Rudenko

 “Bakı və İrəvan müraciət edərsə, köməyə hazırıq” -  Rudenko
  20 May 2021    Oxunub:873
Rusiya Ermənistandan və ya Azərbaycandan müraciət olduğu təqdirdə, iki ölkə arasındakı sərhəd demarkasiya komissiyasına məsləhətçi kömək göstərməyə hazırdır.
Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Valday” beynəlxalq müzakirə klubunun Orta Asiya konfransı çərçivəsində deyib.

“İndiyə qədər onların (Bakı və İrəvan - red.) reaksiyaları barədə bir şey eşitməmişəm. Rusiya Bakıdan və ya İrəvandan müvafiq bir istək olarsa, konsultativ köməyi göstərməyə hazır olardı”, - deyə nazir müavini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AndreyRudenko  



Xəbər lenti