“Onların dişini elə tökərik ki...” - Putindən xəbərdarlıq
"Hamı bizi "dişləməyə", ya da bizdən nəsə qoparmağa çalışır, ancaq bunu etməyə hazırlaşanlar bilməlidirlər ki, onların dişini elə tökərik, bir daha heç kimi dişləyə bilməsinlər", - deyə Putin vurğulayıb.
Bununla yanaşı, Putin Rusiyanın iqtisadiyyatın hərbiləşdirilməsi yolu ilə getməyəcəyini söyləyib O, xatırladıb ki, cari ildə müdafiə xərclərinə üç trilyon rubl və ya 42 milyard dollar vəsait ayrılıb. Halbuki ABŞ-ın hərbi xərcləri 770 milyarddan çoxdur:
"Mütləq ifadədə Rusiya haradasa ilk onluqdadır, özü də ilk onluğun son sıralarında. Hətta Yaponiya kimi ölkələr milli müdafiəyə Rusiyadan daha çox pul xərcləyirlər. Hərçənd, onların konstitusiyasına əsasən, orduları olmamalıdır".
Azvision.az