Dünyada COVID-19-la bağlı son vəziyyət

 Dünyada COVID-19-la bağlı son vəziyyət
  21 May 2021    Oxunub:486
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 165 milyon 860 min 973 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 444 min 989 nəfərdir. İndiyədək 146 milyon 558 min 324 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 833 181 nəfər virusa yoluxub, 602 616 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 26 031 991 nəfərdə virus aşkar edilib. Xəstələrdən 291 365 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 15 898 558 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 444 391 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 568 551 yoluxma, 108 304 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 160 423 nəfər virusa yoluxub ki, onlardan 45 626-sı dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti