Paşinyan artıq təkbaşına “oynayır”, XİN-ə güvənmir

 Paşinyan artıq təkbaşına “oynayır”, XİN-ə güvənmir
  21 May 2021    Oxunub:1668
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Xarici İşlər Nazirliyinə güvənmir.

Azvision.az xəbər verir ki, bu barədə "Fakt" qəzeti yazıb. Mövzuya dair analitik məqalə dərc edən qəzet Moskva bəyanatından sonra götürülən əsas öhdəliklərdən sayılan sərhəd məsələlərinin həlli prosesinə də toxunub:
“Ermənistanda baş verən proseslər ölkədə aşkar şəkildə siyasi böhranın yaşandığını və dövlət idarəetmə sisteminin sadəcə qəza vəziyyətində olduğunu bir daha təsdiqləyir. Bu gün dövlət strukturlarının əksəriyyəti praktiki olaraq fəaliyyətsizdir və əslində hökumət qurumları özbaşına buraxıb. Artıq çoxdandır ki, Nikol Paşinyanın bəzi dövlət orqanlarına güvənməməsi, hər şeyi yalnız öz təşəbbüsü ilə etməsi barədə danışılır".

Nəşr iddia edir ki, Nikol Paşinyan Xarici İşlər Nazirliyinə etibar etmir. O, son zamanlar xarici cəbhədə təkbaşına "oynamağa" başlayıb.

"Paşinyan Xarici İşlər Nazirliyi olmadan xarici siyasət yürüdür. XİN-dəki mənbəmizin verdiyi məlumata görə, o, Rusiya tərəfi ilə sərhəd problemi barədə nələri danışmasını xarici işlər naziri ilə müzakirə etmir.",- deyə qəzet yazıb

"Fakt"ın məqaləsində o da qeyd edilir ki, belə qəribə vəziyyət nazirlikdə ciddi narahatlığa səbəb olub. Çünki ölkənin xarici siyasətinin bir nömrəli məsul quruluşu əslində blokadaya alınıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   XİN   Sərhəd  





Xəbər lenti