Ermənistanın XİN rəhbəri istefa qərarı verdi

Ermənistanın XİN rəhbəri istefa qərarı verdi
  21 May 2021    Oxunub:1114
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yaxın vaxtlarda istefa verəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Qeyd edilir ki, Ayvazyan Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etdikdən sonra bu barədə qərar qəbul edib.

"Düşənbədə ortada yeni sənədin olması barədə ona məlumat verildi və nazir oradan Ermənistanda baş verən hadisələri izlədi. Dünən isə nazir müavini Avet Adonç Xarici İşlər Nazirliyinin bu sənəddən xəbəri olmadığını vurğulamışdı. Bizə verilən məlumata görə, Xarici İşlər Nazirliyində vəziyyət olduqca gərgindir, hər kəs Nikol Paşinyanın davranışından qəzəblidir. Hazırda həm nazir, həm də nazir müavini istefa barədə düşünürlər. Mənbəmiz Ara Ayvazyanın Düşənbədə olarkən öz işçiləri ilə vidalaşdığını, İrəvana gələn kimi istefa edəcəyini söyləyib",- deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bundan öncə "Fakt" qəzeti Nikol Paşinyanın XİN-ə etibar etmədiyini yazmışdı. Paşinyanın Xarici İşlər Nazirliyi olmadan xarici siyasət yürütdüyünü yazan nəşr Nikolun Rusiya tərəfi ilə sərhəd problemi barədə nələri danışmasını öz naziri ilə müzakirə etmədiyini diqqətə çatdırmışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ayvazyan   İstefa  





Xəbər lenti